Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Brüsselin hər beşinci sakini mömin müsəlmandır

Cümə günü Belçikanın «Le Soir» qəzeti Brüsseldə və ölkənin cənubunda Frankoffon regionu Valloniyada əhalinin konfessial bölünməsinə görə statistik məlumat yayıb.
Az-kaz.com İnterfaks-a istinadən xəbər verir ki, aparılan sosioloji araşdırmaya görə, Belçika paytaxtının müsəman sakinlərinin 19%-i bütün dini ayinlərə riayət edən mömin, 4%-i isə dini ayinlərə riayət etməyən müsəlmanlar olduqlarını bildiriblər.
Belçikalıların dörddə üçü öz dini etiqadlarını bəyan edirlər. Vallonların 21%-i, Brüsseldə isə yalnız 12% katolikdir.
Paytaxtda dini etiqadı olmayanların və ya dinə laqeyid olanlar əhalinin 30%-ni təşkil edir.
Araşdırmada iştirak edən nəşr, ümumilikdə dini hisslər daha çox qadınlara, yaşlı insanlara xas olduğunu yazıb.