Kazanda Azərbaycan ədəbi məclisləri davam edir

Birlik16.ru, Kazan şəh., Şəbnəm Bəşirova. Tatarıstanın paytaxtı Kazan şəhərində «ODLAR YURDU» qəzeti tərəfindən ötən şənbə — yanvarın 16-da Azərbaycan Mədəniyyət Mərkəzində «Azərbaycan mədəniyyəti və poeziya gecəsi» musiqili ədəbi məclisi keçirilib.
Birlik16.ru Az-kaz.com-a istinadən xəbər verir ki, «ODLAR YURDU» qəzetinin baş redaktoru Vasif Abdullayev ədəbi məclisin silsilə şəklində arttıq 3-cü dəfədir ki, keçirildiyini bildirib. O, «ODLAR YURDU»nun təşkilatçılığı ilə bu istiqamətdə Tatarıstanda yaşayan diaspor nümayəndələrimiz arasında həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verib.
Məclisin əvvəlində 20 yanvar faciəsində həlak olan şəhidlərimizin xatirələri yad edilib, onlara həsr edilən şeirler oxunub. Sonra proqrama uyğun olaraq bu il 110 illiyi qeyd olunacaq Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyara həsr olunan ədəbi məclisdə söz ustasının həyat və yaradıcılığından geniş söhbət açılıb, «Heydərbabaya salam» poeması, çoxlu qəzəlləri və digər şeirləri oxunub.
Yazıçı-şair İsax Dağlı «Şəhriyar və əxlaqi mənəvi dəyərlərimiz»mövzusunda çıxış edib. Şair çıxışının ikinci hissəsində məclis iştirakçılarına yeni şeirlərindən oxuduqdan sonra Tarzən Əhsənin müşaiyyəti ilə Şəhriyarın bir neçə qəzəllərini də ifa edib.
Saz ilə sözün vəhdətində keçən musiqili ədəbi məclisdə aşıq Nuru yeni şeirlərini oxuyub və aşıq havalarını ifa edib.
Məclisdə iştirak edən digər qonaqlar da öz ədəbi yazılarını oxuyub və təşkilati işlərə görə «ODLAR YURDU» qəzetinə minnətdarlıq ediblər.
Kazanda Azrebaycan edebi meclisleri davam edir 1
Kazanda Azrebaycan edebi meclisleri davam edir 2
Kazanda Azrebaycan edebi meclisleri davam edir 3
Kazanda Azrebaycan edebi meclisleri davam edir 4
Kazanda Azrebaycan edebi meclisleri davam edir 5
Kazanda Azrebaycan edebi meclisleri davam edir 6