Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Polşada xalq yazıçısı Anarın «Gözmuncuğu» kitabının təqdimatı olub

Azərbaycanın Polşadakı səfirliyində xalq yazıçısı Anarın «Gözmuncuğu» kitabının təqdimatı keçirilib.
Birlik16.ru bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan aəfir Həsən Həsənov Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib. Diplomat xüsusi olaraq qeyd edib ki, Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb. Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub tanış olmaq imkanları var. Səfir Polşa oxucusuna təqdim olunan «Gözmuncuğu» kitabının da ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını bildirib.
Daha sonra söz kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimovaya verilib. Qonaqlara kitab haqqında ətraflı məlumat verən İ.Kərimova qeyd edib ki, «Gözmuncuğu» dərin mənalı, maraqlı, lakin heç də asan qəbul oluna bilməyən povestdir. Əsərin oxucusundan həm Avropada, həm də Şərqdə mövcud olan miflər, əfsanələr və motivlər haqqında bilgiyə malik olması tələb olunur. Povestin bütün ideyası insanı dərk etmək fəlsəfəsinə həsr olunub. Həqiqətən də «Gözmuncuğu» povesti insanın daxili portretidir.
Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.
Qeyd edək ki, xalq yazıçısı Anarın «Gözmuncuğu» kitabı Vrotslav şəhərində «ATUT» nəşriyyatında «Şərq modernizmi» seriyasında nəşr edilib. Kitabın nəşri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin «Azərbaycan ədəbiyyatının xaricdə təbliği» proqramı çərçivəsində ərsəyə gəlib. «Gözmuncuğu» Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.