Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Qazaxda 1 əsrdən çox yaşı olan türbə aşkarlandı

Birlik16.ru TTV-yə (Region TV) istinadən xəbər verir ki, tarixi abidələrlə zəngin olan Qazaxda türbə aşkarlanıb. 1 əsrdən çox yaşı olan türbənin ətrafında qəbirlər də tapılıb.
1854-cü ildə tikilən türbə Qazaxın Hüseynbəyli kəndində yerləşir. Türbənin yaxınlığında qəbirlərə də rast gəlinib ki, burada da Qazaxda məşhur olan bir nəslin nümayəndələri dəfn olunub. Son zamanlar aparılan tədqiqat işləri zamanı da bir sıra tarixi faktlar aşkarlanıb.
Türbədə olan məzar daşının 1 əsrdən çox yaşı olsa da, öz rəngini itirməyib. Türbə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
Yaxın vaxtlarda türbənin üzərinə xüsusi lövhə də vuralacaq. Burada abidənin tarixi barədə məlumat veriləcək.