Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Принцип верности национально-духовным и общечеловеческим ценностям

«Нашему государству нужна наша молодежь, а нашей молодежи нужно наше государство».

 

Müasir Azərbaycan dünya birliyinə inteqrasiya etmiş bir dövlətdir. Lakin son dövrlərdə qloballaşma milli kimliyimiz üçün təhlükə olaraq da qiymətləndirilir. Ancaq cəmiyyət milli-mənəvi dəyərlərini qoyuraq neqativ təsirlərə qarşı əks reaksiya verə bilir. Bu baxımdan biz, xüsusən gənclər bir millət və ya xalq olaraq, “qloballaşma” adı altında öz milli-mədəni və mənəvi dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq. Eyni zamanda xaricdəki soydaşlarımız üçün də milli dəyərlərimiz hər şeydən üstün olmalıdır. Bununla yanaşı, onlar üçün yaşadıqları ölkələrin dəyərləri ilə də ziddiyyət təşkil etməməlidir. Yəni inteqrasiya və assimiliyasının sərhədini gözləmlidirlər. Əlbəttə ki, bu prosesdə ən vacib şərtlərdən biri milli kimliyimizin qorunmasıdır. Çünki milli-mənəvi dəyərlərimiz milli kimliyimiz qorunduqca yaşayacaq. Bu dəyərlər dəyişdikdə isə milli kimliyimiz dəyişəcək. Ona görə də xaricdəki gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Bu istiqamətdə təhsilin keyfiyyəti artırmalı, elmi-nəzəri və praktik metodiki tövsiyələr hazırlanmalı, müvafiq normativ-hüquqi baza yaradılmalıdır. Sevindirici məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin təməlində dayanan milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində daha fəal və məqsədyönlü fəaliyyətin həyata keçirildiyini görə bilirik.

Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti idarə heyətinin sədri Elşən İbrahimov bizimlə söhbətində deyib ki, Rusiyada nə qədər Azərbaycan evləri və məkanları yaransa da hamımız bilirik ki, bunlar Vətəni əvəz etmir və edə bilməz: “Dövlətimiz xaricdə yaşayan soydaşlarımıza, xüsusilə gənclərimizə daha həssas və diqqtlə yanaşsa gözəl olar. Çünki dövlətimizin gənclərimizə, gənclərimizin də dövlətimizə ehtiyacı var. Aydın məsələdir ki, Azərbaycana gedib-gəlməyən, qohumlarının xeyir-şərində iştirak etməyən, daha doğrusu, iştirak edə bilməyən Azərbaycan gəncləri şübhəsiz ki, öz köklərindən aralı düşürlər, dili unudurlar və s. Sorğuladığım gənclərin əksəriyyəti son zamanlarda Azərbaycanda olmayıb. Buna səbəb təyyarə biletlərinin çox baha olması idi. Quru sərhədlərinin bağlı olması da öz yerində. Hətta valideynləri Azərbaycanda olan,  ata-anaları, nənə-babaları üçün burnunun ucu göynəyən tələbələr də çox istəsələr də bilet giymətlərinin əlçatmaz olması ucbatından yay tətilini Rusiyada keçirməyə qərar vermişdilər”.

Elşən İbrahimov deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan fəal gənclərimizə Vətənimizi tanıtmaq və sevdirmək üçün Diasporla iş üzrə Dövlət Komitəsi xeyli işlər görür, son dörd ildə tələbə gənclərin Azərbaycanda yay düşərgələrini təşkil edir: “Bu, cox sevindiricidir və bu iş təqdir olunmalı və genişlənməlidir. Amma gəlin etiraf edək ki, bu dəryada damla kimi bir şeydir.

Bir neçə il öncə Moskvada Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Moskva azərbaycanlılarının görüşündə Komitə sədri çox yaxın gələcəkdə tarixi Vətənimizdən kənarda yaşayan azərbaycanlılar üçün xüsusi vəsiqələr hazırlanacağını söyləmişdi. Bu vəsiqə, hətta Azərbaycan vətəndaşı olmayan həmyerlilərimizə bəzi imtiyazlar və güzəştlər verməli idi. İnanırıq ki, bu barədə konkret nəticələr olacaq”.

Milli adət-ənənələrinə biganəlik harada yaşmağından asılı olmayaraq qəbul edilmir. Milli-mənəvi dəyərləri qorumaq üçün çağırış edən Ümummilli liderimiz Heydər Əliyev bu  baxımdan bir sıra məqamlara aydınlıq gətirmiş, görüləcək işlərin perspektivini müəyyənləşdirmişdi: “Fürsətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Xaricədki gənclər üçün milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi ən öndə gəlməlidir. Gənclərimiz Azərbaycan bədii ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklor nümunələrini öyərnməli. Eyni zamanda diaspor gənclərində millətə və Vətənə bağlılıq hissləri gücləndirilməli, dövlət rəmzlərinə – bayrağa, himnə, gerbə hörmət və ehtiramın vacibliyi təlqin edilməlidir.

 

 

Cavid Şahverdiyev

Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.